Вернуться назад Распечатать

Koreya səfiri: Azərbaycan və Ermənistan arasındakı sülh prosesi regionda sabitliyi möhkəmləndirir

Koreya Respublikası Cənubi Qafqazdakı vəziyyəti və Azərbaycanla Ermənistan arasındakı sülh prosesinin gedişatını xüsusi maraqla izləyir.

1xeber.media  xəbər verir ki, bunu Koreya Respublikasının Azərbaycandakı səfiri Kan Kimqu "Orta Dəhliz və onun perspektivləri: Azərbaycan, Koreya və Avrasiya arasında nəqliyyat əlaqələrinin gələcəyi" mövzusunda tədbirdə deyib.

"Bu, Koreya və Azərbaycanın geosiyasi mövqeyində müəyyən oxşarlıqların olması ilə əlaqədardır. Hər iki ölkə çağırışlarla üzləşib", - diplomat qeyd edib.

Onun sözlərinə görə, Cənubi Qafqazda geosiyasi vəziyyətin dəyişməsi xüsusi diqqətə layiqdir:

"2025-ci ilin avqustunda Azərbaycan və Ermənistan sülh sazişini parafladı ki, bu da regionda möhkəm sülh və sabitliyin bərqərar olması yolunda mühüm bir addım oldu. O vaxtdan bəri müsbət dəyişikliklər müşahidə olunur, həmçinin sülhün möhkəmləndirilməsi və regional əməkdaşlığın inkişafı üzrə səylər davam etdirilir".