Zığ şosesi - Hava limanı istiqamətindəki yolda sürət həddi endirilib.
1xeber.media xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə xəbərdarlıq edib.
Bildirilib ki, hazırda sözügedən yolda aidiyyəti qurum tərəfindən rənglənmə işləri aparılır. Yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə işlərin aparıldığı əraziyə yaxın məsafədə yerləşən məlumat-sürət tablolarında müvafiq dəyişikliklər edilib.
Belə ki, hərəkət zolaqlarından biri üzrə sürət həddi işlər bitənədək 40 km/saatadək endirilib, digər zolaqlar üzrə isə nəqliyyat vasitələrinin daxil olmaması üçün (əvvəlcədən məlumatlanması məqsədilə) portal qurğularında “X” işarələri aktivləşdirilib.
Sürücülərdən yolun həmin hissəsində hərəkət zamanı diqqətli olmaları və sürət həddinə əməl etmələri xahiş olunur.