Oktyabrın 21-i dağlıq və dağətəyi rayonlarda, 22-23-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
1xeber.media xəbər verir ki, ayrı-ayrı ərazilərdə yağıntının qısamüddətli leysan olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, oktyabrın 22-də isə bəzi yerlərdə yağıntıların güclənəcəyi ehtimalı var.
Naxçıvan MR-nın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.