Вернуться назад Распечатать

Bakıda 21 oktyabr saat 08:00-dan bu ərazi bağlanır

21 oktyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yol təmirinə başlanılacaq. Bu səbəbdən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

1xeber.media xəbər verir ki, məhdudiyyət Yeni Həyat küçəsinin Şirvan küçəsi ilə kəsişməsindən 10-cu Müşfiqabad küçəsi ilə kəsişməsinədək olan hissəni əhatə edəcək.

Sürücülərdən yollarda sıxlığın yaranmaması üçün əvvəlcədən alternativ marşrutlardan istifadə etmələri və hərəkət zamanı diqqətli olmaları xahiş olunur.