Вернуться назад Распечатать

Səudiyyə Ərəbistanı “Səhradakı Davos” forumunu ləğv etdi: Ər-Riyad hava limanı bağlandı!

Al Jazeera və Reuters agentliklərinin bu dəqiqələrdə yaydığı təcili məlumata görə, Səudiyyə Ərəbistanı hökuməti hər il krallıqda keçirilən və "Səhradakı Davos" kimi tanınan məşhur qlobal investisiya forumunu (Future Investment Initiative) qəfildən ləğv edərək 2027-ci ilə təxirə salıb.

 Buna səbəb Yəməndəki İranın dəstəklədiyi husi qruplaşmalarının krallıq ərazisinə pilotsuz uçuş aparatları (PUA) və raketlərlə zərbələri kəskin şəkildə intensivləşdirməsidir. Hücum təhlükəsi səbəbindən paytaxt Ər-Riyad beynəlxalq hava limanının fəaliyyəti müvəqqəti olaraq tamamilə dayandırılıb. Krallıq rəhbərliyi bütün dövlət qurumlarının əməkdaşlarına təhlükəsizlik məqsədilə evdən işləmək (onlayn rejim) əmri verib.

Paralel olaraq, Misir prezidentliyi bəyanat yayaraq husilərə qarşı Səudiyyə Ərəbistanına təcili hərbi dəstək verməyə hazır olduğunu açıqlayıb