Вернуться назад Распечатать

İtaliya ordusu Milana yeridildi: Meloni hökumətindən ŞOK qərarlar gəlir!

1xeber.media xəbər verir ki,The Guardian qəzetinin bu dəqiqələrdə yaydığı təcili məlumata görə, Fransadakı üsyan dalğası İtaliyaya da sıçrayıb. Ölkədə həyat bahalığına və yüksək yaşayış xərclərinə etiraz edən kütlələrin polislə toqquşması, dükanları talan etməsi və vandalizm aktlarından sonra Baş nazir Ciorcia Meloni sərt tədbirlərə əl atıb.

Hökumətin qərarı ilə asayişi bərpa etmək üçün Milana təcili olaraq 500 hərbçi (ordu qüvvəsi) yeridilib. Meloni hökuməti eyni zamanda yetkinlik yaşına çatmayanların profilaktik həbs müddətinin uzadılmasını, gənclərdən ibarət cinayətkar qruplara qarşı reydlərin sərtləşdirilməsini və ictimai asayişi pozan hər növ kütləvi toplaşmaların tamamilə qadağan olunmasını nəzərdə tutan yeni təhlükəsizlik paketini təsdiqləməyə hazırlaşır. [1]