Вернуться назад Распечатать

Dünyada İLK DƏFƏ: Marsın peykinə göndərilən kosmik gəmi orbitə daxil oldu!

Yaponiyanın Kosmik Araşdırmalar Agentliyi (JAXA) bu gün səhər saatlarında bəşəriyyət tarixində bir ilkə imza atıb.

Agentliyin Anadolu Agentliyinə  verdiyi rəsmi açıqlamaya görə, "Martian Moons eXploration" (MMX) adlı kosmik zond yeni nəsil H3 raketi vasitəsilə Tanegashima Kosmik Mərkəzindən uğurla kosmosa buraxılıb və planlaşdırılan orbitə inanılmaz dəqiqliklə yerləşib. Bu missiyanın əsas məqsədi dünya tarixində ilk dəfə olaraq Marsın peykindən daş və qum nümunələri toplayaraq geriyə, Yer kürəsinə gətirməkdir. Layihə qırmızı planetin və onun peyklərinin yaranma sirlərini açmaq baxımından dönüş nöqtəsi hesab olunur