Вернуться назад Распечатать

Kəmaləddin Heydərov "44"-dən DANIŞDI

""44" filminin təqdimatında iştirak edirdim. Filmi əvvəldən axıra qədər maraqla izlədim, hər şey çox gözəl idi". 

1xeber.media xəbər verir ki,bu sözləri Manset.az-a eksklüziv açıqlamasında Fövqəladə Hallar naziri general-polkovnik, bir çox məşhur mahnıların müəllifi, tanınmış bəstəkar Kəmaləddin Heydərov bildirib. O daha sonra açıqlamasında filmin musiqisinin də çox gözəl olduğunu deyib. 

"Bir vətəndaş kimi deyim ki, istər filmin musiqisi, istər baş rolda olan yeni gənclərimizin işi, filmin ssenarisi olduqca yaxşıdır. Ümumiyyətlə, filmi çox uğurlu hesab edirəm. Filmdə Şuşa səhnələri xüsusilə təsirli idi. Hər kəsə bu filmi izləməyi tövsiyə edirəm", - deyə K.Heydərov qeyd edib.