Вернуться назад Распечатать

Leyla Abdullayeva Fransanın birinci xanımı Bricit Makronla görüşüb

Fransada xanım səfirlər üçün nahar təşkil olunub. Tədbirdə ölkənin birinci xanımı Bricit Makronla yanaşı, Azərbaycanın bu ölkədəki səfiri Leyla Abdullayeva da iştirak edib.

1xeber.media xəbər verir ki, L.Abdullayeva bununla bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Qadın səfirlərin Fransanın birinci xanımı ilə naharı. Mühüm mövzular barədə səmimi müzakirələr: qadınlar, uşaqlar, təhsil, səhiyyə və daha çoxu", - o yazıb.

Azərbaycanın Fransadakı səfiri görüşün təşkilinə görə təşəkkürünü bildirib.