1xeber.media xəbər verir ki, Yaxın Şərqdə enerji təchizatı ilə bağlı risklərin artması dünya bazarlarında neftin qiymətinin yüksəlməsinə səbəb olub.
“Reuters”in məlumatına görə, çərşənbə günü Brent markalı neftin bir bareli 85 sent bahalaşaraq 109,64 dollara, ABŞ-nin WTI markalı nefti isə 76 sent artaraq 98,58 dollara çatıb.
Bahalaşmaya regionda neft infrastrukturu üçün yaranan təhlükələr, Qırmızı dənizdə gəmiçilik riskləri və Hörmüz boğazı yaxınlığında tankerin mina ilə toqquşması barədə məlumatlar təsir göstərib.
Neft daşımalarının təhlükəsizliyi ilə bağlı narahatlıqlar enerji bazarında qiymət dəyişkənliyini artırır. Təchizatda ciddi fasilələrin yaranması isə dünya üzrə yanacaq qiymətlərinə əlavə təzyiq göstərə bilər.