Вернуться назад Распечатать

İtaliyada etirazlara görə cəzalar sərtləşdirilir

1xeber.media xəbər verir ki, İtaliya hökuməti Milanda baş verən iğtişaşlardan sonra ictimai asayişin qorunması üçün yeni təhlükəsizlik tədbirləri qəbul edib.

Baş nazir Corcia Meloninin hökumətinin qərarına əsasən, ilin sonunadək Milana əlavə 500 hərbçinin göndərilməsi nəzərdə tutulur. Yeni qaydalar valideynlərin yetkinlik yaşına çatmayan övladlarının törətdiyi maddi ziyana görə məsuliyyət daşımasını da nəzərdə tutur.

Hökumət, həmçinin 14 yaşdan yuxarı şəxslərin müəyyən hallarda cinayət məsuliyyətinə cəlb edilməsini asanlaşdırmaq istəyir. Qanun layihəsində zorakılıqla müşayiət olunan nümayişlərdə iştirak üçün beş ilədək həbs və 20 min avroyadək cərimə nəzərdə tutulur.

Qərar Milanda mağazaların talan edilməsi, əmlaka ziyan vurulması və polis əməkdaşlarının yaralanması ilə nəticələnən hadisələrdən sonra qəbul edilib. Təkliflərin qanuna çevrilməsi üçün parlamentin təsdiqi tələb olunur.