Вернуться назад Распечатать

Bakının 13 yolunda sıxlıq yaranıb

1xeber.media xəbər verir ki, Bakının bir sıra avtomobil yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.

Sıxlıq olan yolların siyahısı belədir:

  1. Aeroport şosesi — “Koroğlu” metro stansiyası istiqamətində;

  2. 1-ci Göl kənarı yolu — Ziya Bünyadov prospekti istiqamətində;

  3. Binəqədi şosesi — “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

  4. Bakı-Sumqayıt şosesi — “20 Yanvar” metro stansiyası istiqamətində;

  5. Alı Mustafayev küçəsi — Ziya Bünyadov prospekti istiqamətində;

  6. Ziya Bünyadov prospekti — Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

  7. 8 Noyabr prospekti — Süleyman Əhmədov küçəsi ilə kəsişmədən şəhər mərkəzi istiqamətində;

  8. Yusif Səfərov küçəsi — şəhər mərkəzi istiqamətində;

  9. Üzeyir Hacıbəyli küçəsi — Azadlıq prospekti ilə kəsişməyədək;

  10. Tbilisi prospekti — “20 Yanvar” metro stansiyasından şəhər mərkəzi istiqamətində;

  11. Heydər Əliyev prospektinin əsas yolu — şəhər mərkəzi istiqamətində;

  12. Heydər Əliyev prospektinin köməkçi yolu — şəhər mərkəzi istiqamətində;

  13. 28 May küçəsi — Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək.

Sürücülərə yollardakı vəziyyəti nəzərə almaları, mümkün olduqda alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.