1xeber.media xəbər verir ki, ABŞ-nin dövlət katibi Marko Rubio oktyabrın 20-də prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoffun Sankt-Peterburqa yollandığını bildirib.
“Reuters” agentliyinin məlumatına görə, Uitkoffu hava limanında Rusiyanın xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə prezidentin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev qarşılayacaq.
Bununla yanaşı, “Flightradar24” xidmətinin məlumatlarında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Oslodan havaya qalxdığı göstərilib. Uitkoff və Ukrayna Prezidenti Volodimir Zelenski bir gün əvvəl Norveçin paytaxtında danışıqlar aparıblar.
Səfərin məqsədi və Sankt-Peterburqda keçiriləcək görüşlərin gündəliyi barədə əlavə təfərrüatlar açıqlanmayıb.