Вернуться назад Распечатать

Dmitriyev Uitkoffu görə Pulkovoya gəlib

1xeber.media xəbər verir ki, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri və Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevin avtomobili oktyabrın 21-də Sankt-Peterburqdakı Pulkovo hava limanına gəlib.

Avtomobil ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun gəlişinin gözlənildiyi vaxt hava limanının ərazisinə daxil olub.

ABŞ-nin dövlət katibi Marko Rubio oktyabrın 20-də Uitkoffun Sankt-Peterburqa yollandığını açıqlamışdı.

Bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Uitkoffun Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar apardığı Oslodan havaya qalxıb.

Uitkoffun Rusiyaya səfərinin gündəliyi və Dmitriyevlə mümkün görüşünün detalları barədə hələlik əlavə məlumat verilməyib.