Вернуться назад Распечатать

Mirzoyan: TRIPP şirkətinə ABŞ nəzarət edəcək

1xeber.media xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan TRIPP layihəsi çərçivəsində yaradılacaq şirkətin uzunmüddətli idarəetmə və mülkiyyət şərtləri barədə açıqlama verib.

Nazirin sözlərinə görə, sənədlərdə ABŞ hökumətinin TRIPP-in inkişafı üzrə şirkətin daimi sahibi olması ilə bağlı öhdəliyi təsbit edilib. O bildirib ki, şirkət özgəninkiləşdirilə və ya üçüncü tərəfin iştirakı ilə bağlı qərar qəbul edilə bilməz.

Mirzoyan qeyd edib ki, ABŞ-nin TRIPP şirkəti vasitəsilə Ermənistanda yaradılacaq müəssisədə 74 faiz, Ermənistanın isə 26 faiz payı olacaq. Bu bölgünün 49 il müddətində qüvvədə qalacağı nəzərdə tutulur.

Ermənistan XİN rəhbəri əlavə edib ki, tərəflər hüquqi münasibətlərin və layihənin fəaliyyət müddətinin uzadılması barədə razılığa gələ bilərlər. Onun sözlərinə görə, bu halda Ermənistanın payı avtomatik olaraq 49 faizə yüksələcək, ABŞ-nin payı isə 51 faiz olacaq.

Qeyd edək ki, Mirzoyanın açıqlaması TRIPP layihəsi üzrə şirkətin mülkiyyət bölgüsü və uzunmüddətli idarəetmə şərtlərinə aiddir.