Вернуться назад Распечатать

KİV: İsrail İrana zərbələrə hazırlaşıb, Tramp qarşı çıxıb

1xeber.media xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu oktyabrın əvvəlində ölkənin hərbi hava qüvvələrinə İrana genişmiqyaslı zərbələr endirmək üçün hazırlıq əmri verib. Lakin ABŞ Prezidenti Donald Trampın bu addımı dəstəkləməməsi səbəbindən əməliyyat baş tutmayıb.

“Financial Times” nəşri mənbələrinə istinadən yazır ki, zərbələrin oktyabrın 10-da həyata keçirilməsi planlaşdırılıb və İsrail hərbçiləri əməliyyata başlamağa hazır olublar.

Məlumata görə, Trampın zərbələrə qarşı çıxmasından sonra Netanyahu hərbi hava qüvvələrinə hazırlığı dayandırmaq barədə göstəriş verib.

Nəşrin yazdığına əsasən, planlaşdırılan əməliyyat nəticəsində İranda yaranacaq dağıntıların miqyasının bu ilin fevralın sonu – martın əvvəlində baş vermiş zərbələrin nəticələri ilə müqayisə edilə biləcək səviyyədə olması nəzərdə tutulub.

Bununla belə, məlumat “Financial Times”ın istinad etdiyi mənbələrə əsaslanır. İsrail və ABŞ tərəfindən əməliyyatın təfərrüatlarına dair rəsmi açıqlama verildiyi barədə məlumat yoxdur.