Вернуться назад Распечатать

Rəsmi Bakı DEM Partiyasının üzvünü “arzuolunmaz şəxs” elan etdi

Türkiyənin DEM Partiyasının (Xalqların Bərabərliyi və Demokratiya Partiyası) üzvü, parlamentin deputatı Ömər Faruk Gərgərlioğlu Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib.

1xeber.media  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Qurumdan bildirilib ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıqlamaları nəzərə alınaraq, aşağıda qeyd edilən Türkiyə Respublikasının vətəndaşları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq “arzuolunmaz şəxslər” elan edilib və onların Azərbaycan Respublikası ərazisinə girişinə qadağa qoyulub.

Həmin şəxslər arasında Türkiyə parlamentinin deputatı Ömər Faruk Gərgərlioğlu da var.

Qeyd edilib ki, Azərbaycan Respublikasına qarşı çağırışlara və düşmənçiliyi təşviq edən fəaliyyətlərə cavab olaraq bundan sonra da müvafiq tədbirlərin görülməsi davam edəcək.