Türkiyə müdafiə naziri Yaşar Gülərin Dohaya səfəri zamanı Türkiyə, Qətər, Pakistan və İndoneziya arasında Bədr Anlaşma Memorandumu imzalanıb.
1xeber.media xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Anlaşma Memorandumunu Türkiyə müdafiə naziri Yaşar Gülər, Qətər baş nazirinin müavini və müdafiə məsələləri üzrə dövlət naziri Şeyx Səud bin Əbdürrəhman bin Həsən əl Tani, İndoneziya müdafiə nazirinin müavini Yusuf Cauhari və Pakistan müdafiə naziri Xəvaca Məhəmməd Asif imzalayıb.