Вернуться назад Распечатать

Əraqçi ABŞ-yə şərtlərini yerinə yetirmək çağırışı etdi

1xeber.media xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin danışıqların irəliləməsində və Hörmüz boğazının açılmasında səmimi olduğunu nümayiş etdirmək üçün Tehranın irəli sürdüyü şərtləri yerinə yetirməli olduğunu bildirib.

Əraqçi qeyd edib ki, İran öz planını artıq ABŞ tərəfinə təqdim edib. Onun sözlərinə görə, danışıqlarda irəliləyiş əldə olunması və Hörmüz boğazının açılması üçün Vaşinqton İranın tələblərini qəbul etməlidir.

“Hamı bilir ki, biz təslim olmayacağıq”, – deyə İranın xarici işlər naziri vurğulayıb.

Nazirin açıqlaması Tehran və Vaşinqton arasında danışıqların şərtləri və Hörmüz boğazının açılması məsələsi ətrafında fikir ayrılıqlarının davam etdiyi bir vaxtda səslənib.