Azərbaycanlı çobanın dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil olmasının təfərrüatı məlum olub.
1xeber.media Oxu.Az-a istinadən xəbər verir ki, həmin şəxs Tovuz rayonunun Ağdam kənd sakini imiş və özünə məxsus heyvanları otarırmış.
O, mütəmadi spirtli içki qəbul edirmiş. Çoban hadisə günü də heyvanları otarmaq üçün sərhədyanı əraziyə gedib və orada spirtli içki qəbul edib. Sərxoş vəziyyətdə olan həmin şəxs sərhədi Ermənistan tərəfə keçib və Çinari kəndi ilə sərhəddə saxlanılıb.
Məlumata görə, sərhədi keçən şəxsin psixoloji problemləri olub və bir neçə dəfə də bu xəstəlikdən müalicə alıbmış.
***
Azərbaycanlı çoban Ermənistanla sərhədi keçib.
1xeber.media xəbər verir ki, bu barədə Ermənistanın "NewsTV5" saytı məlumat yayıb.
Qeyd olunur ki, sözügedən şəxs Berd şəhərində hərbi polis tərəfindən saxlanılıb.
Ermənistan Müdafiə Nazirliyi hələlik bu məlumatı şərh etməyib.