Вернуться назад Распечатать

Sabah paytaxtın iki rayonunda qaz olmayacaq

Sabah Bakının Xətai və Nəsimi rayonlarının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

1xeber.media  xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, qaz sızmasının aradan qaldırılması, eləcə də təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar oktyabrın 22-də saat 10:00-dan etibarən işlər başa çatanadək bir sıra küçələrdə qaz təchizatında qısamüddətli fasilə yaranacaq. 

Fasilə Xətai rayonunun Gəncə prospekti və M.Hadi küçəsini, həmçinin Nəsimi rayonunun Mir Cəlal, A.Məhərrəmov, 20 Yanvar və Cavadxan küçələrini əhatə edəcək.