Sabah Yasamal və Binəqədinin bəzi ərazilərində işıq olmayacaq
Oktyabrın 22-də Yasamal və Binəqədi rayonlarının bəzi ərazilərində elektrik təchizatında müvəqqəti fasilələr yaranacaq.
1xeber.media “Azərişıq” ASC-nin məlumatına istinadən xəbər verir ki, məhdudiyyətlər transformator məntəqələrində aparılacaq təmir-təftiş və sınaq işləri ilə əlaqədardır.
Yasamalda saat 10:00–13:00 aralığında Həsən bəy Zərdabi, Xıdır Mustafayev, Məhəmməd Naxçıvani, Mirzə Fətəli Axundzadə, Zaur Kərimov küçələri və Tbilisi prospektinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Binəqədidə saat 09:00–14:00 aralığında 9-cu mikrorayonun Mir Cəlal küçəsində, həmçinin 6-cı mikrorayondakı İbrahim Sadıqlı, İlqar Cümşüdov və Sirab küçələrinin bəzi hissələrində qısamüddətli fasilələr olacaq.
İşlər elektrik təchizatının keyfiyyətini və dayanıqlığını artırmaq məqsədilə həyata keçiriləcək.