1xeber.media xəbər verir ki, Gürcüstanın Konstitusiya Məhkəməsində ölkənin beş əsas müxalif partiyasının fəaliyyətinin qadağan edilməsi ilə bağlı iddia üzrə dinləmələr başlayıb.
Hakim Gürcü Arzusu Partiyasının təşəbbüsü ilə qaldırılan iddia çərçivəsində müxalif siyasi qüvvələrin fəaliyyətinə hüquqi qiymət verəcək. Hakim partiya həmin qüvvələrin konstitusiya quruluşu üçün təhlükə yaratdığını iddia edir.
Müxalifət isə bu addımın siyasi rəqabəti məhdudlaşdıracağını bildirir. Avropa İttifaqı və hüquq müdafiəçiləri də proseslə bağlı narahatlıqlarını ifadə ediblər. Məhkəmənin yekun qərarının 2027-ci ilin iyun ayınadək verilməsi gözlənilir.