Süleymanovun işi üzrə iki muzdlu qatil həbs edildi1xeber.media xəbər verir ki, Moskvada milyarder İbrahim Süleymanovun sifarişli qətllərin təşkili ilə bağlı işi üzrə iki nəfər həbs edilib. Bu barədə TASS məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Məlumata görə, həbs edilən şəxslər cinayətlərin birbaşa icraçıları olmaqda ittiham olunurlar. Onlara mütəşəkkil dəstə tərəfindən adam öldürməyə cəhd və cinayətkar birlikdə iştirak ittihamları irəli sürülüb. Hər iki şəxs ittihamları qəbul etmir.
İbrahim Süleymanov 2025-ci ilin oktyabr ayının əvvəlində Rublyovkadakı bağ evində saxlanılıb. İstintaqın versiyasına görə, o, 1999, 2004 və 2025-ci illərdə baş verdiyi iddia edilən iki qətl və bir qətl cəhdində iştirak edib.
İş üzrə Süleymanovla yanaşı, Əhməd Batırsaxanov və Ukrayna vətəndaşı Denis Zeykan da saxlanılıblar.
Hazırda Süleymanov həbsdədir və özünü təqsirli bilmir. İş üzrə məhkəmə istintaqı davam edir, həmçinin məxfi şahidin ifadəsi araşdırılır.