Türkiyəli jurnalist Emin Çölaşan Azərbaycanda məktəb geyimi və başörtüsü məsələsinə Türkiyədəki bəzi hakimiyyət nümayəndələrinin müdaxiləsini tənqid edib.
1xeber.media xəbər verir ki, müəllif Azərbaycanın daxili qaydalarını müəyyənləşdirməsinin suveren hüququ olduğunu vurğulayıb. Onun fikrincə, AKP təmsilçiləri və hakimiyyətə yaxın media təzyiqlə qərarın dəyişdirilməsinə nail olmaq istəyiblər.
Çölaşan yazıb ki, Bakıdan gələn sərt reaksiyadan sonra Türkiyə tərəfi daha mülayim mesajlara keçib. Jurnalist qardaşlıq münasibətlərinin başqa dövlətin daxili işlərinə müdaxilə haqqı vermədiyini bildirib.