Вернуться назад Распечатать

Sabahdan bəzi metal tullantılarının ixrac rüsumu 100 dəfə artırılır

Oktyabrın 23-dən bəzi metal tullantılarının Azərbaycandan ixracına tətbiq edilən gömrük rüsumları artırılacaq.

1xeber.media xəbər verir ki, torna yonqarları, kəsiklər, frezer və mişar tullantıları, həmçinin təkrar əridilmə üçün nəzərdə tutulan şixta külçələri üzrə hər 1 000 kiloqram üçün rüsum 5 ABŞ dollarından 500 ABŞ dollarına yüksəldiləcək. Bu, 100 dəfə artım deməkdir.

Tökmə çuqunun tullantı və qırıntıları, eləcə də qalay təbəqəsi ilə örtülmüş qara metal tullantıları üzrə isə hər 1 000 kiloqram üçün rüsum 7 ABŞ dollarından 500 ABŞ dollarına qaldırılacaq.

Dəyişiklik bütün gömrük rüsumlarına deyil, göstərilən məhsulların ixracına aiddir.