Gənc yaşlarında Ağdərə rayonunun Heyvalı kəndindən ayrılan Ərşad Həsənov 34 ildən sonra doğma yurduna qayıdıb. O, həyat yoldaşı, övladları və nəvələri ilə birlikdə burada yeni həyata başlayıb.
1xeber.media Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına istinadən xəbər verir ki, ailə məcburi köçkünlük illərində İsmayıllı rayonunda məskunlaşıb.
Heyvalıya qayıtdıqdan sonra Həsənovlar ailəsi çörək və kətə bişirib satmaqla ailə biznesi qurub.
Bu kiçik biznes onlar üçün həm qazanc mənbəyi, həm də doğma torpaqda öz zəhmətləri ilə yeni həyat qurmağın başlanğıcıdır.