Вернуться назад Распечатать

Putin iki tanınmış teleaparıcıya orden verdi

1xeber.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin “Birinci kanal”ın teleaparıcıları Yelena Malışeva və Yekaterina Andreyevanı “Vətən qarşısında xidmətlərinə görə” IV dərəcəli ordenlə təltif edib.

Bununla bağlı müvafiq sərəncam Kremlin rəsmi saytında dərc olunub.

Sənədə əsasən, teleaparıcılar media, rabitə və kütləvi kommunikasiya sahəsində xidmətlərinə, eləcə də uzun illər ərzində vicdanlı fəaliyyətlərinə görə mükafatlandırılıblar.

Qeyd edək ki, sentyabrın 29-da Putin “Birinci kanal”da yayımlanan “Böyük oyun” proqramının aparıcısı, amerikalı politoloq Dmitri Saymsı da “Dostluq” ordeni ilə təltif etmişdi.