2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycan vətəndaşlarının İrana səfərləri ötən ilin eyni dövrü ilə müqayisədə 44,5 faiz azalıb.
1xeber.media-nın Dövlət Statistika Komitəsinə istinadən yaydığı məlumata əsasən, hesabat dövründə xaricə gedən Azərbaycan vətəndaşlarının 5,1 faizi İrana səfər edib.
Ümumilikdə, doqquz ay ərzində xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 1,8 faiz azalaraq 1 milyon 575,3 min nəfər olub.
Səfərlərin 44 faizi Türkiyənin, 14,6 faizi Rusiyanın, 13 faizi Gürcüstanın, 23,3 faizi isə digər ölkələrin payına düşüb.
Türkiyəyə səfərlər 2,3 faiz, Gürcüstana səfərlər 17,6 faiz artıb. Rusiyaya gedənlərin sayı isə 2 faiz azalıb.