Вернуться назад Распечатать

Çexiya Prezidenti: Avropa dünyada nüfuzunu itirə bilər

Avropa ölkələrinin parçalanması və qərarların gec qəbul edilməsi qitənin beynəlxalq arenadakı mövqeyini zəiflədir.

1xeber.media xəbər verir ki, bu barədə Çexiya Prezidenti Petr Pavel bildirib. Onun sözlərini RİA Novosti yayıb.

“Avropanı ciddi qəbul etmirlər, çünki nə qədər parçalandığımızı, nə qədər zəif olduğumuzu və qərar qəbul etməyimizin nə qədər vaxt apardığını görürlər. Əgər bunu tezliklə dəyişməsək, əhəmiyyətimizi itirəcəyik”, – deyə Pavel vurğulayıb.

Çexiya liderinin sözlərinə görə, dünya böyük dövlətlərin qlobal siyasətin istiqamətini müəyyənləşdirəcəyi parçalanma mərhələsinə doğru gedir. O, Avropa İttifaqının hazırda belə güclərdən biri hesab edilə bilməyəcəyini bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ötən ilin dekabrında Avropa ölkələrinin Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlara qayıtmasının mümkünlüyünü istisna etməyib. O, bunun üçün region ölkələrinin mövcud reallıqları nəzərə almalı olduğunu bildirmişdi.