Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
1xeber.media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Xatırladaq ki, 37 yaşlı Orxan Məmmədov bu təyinatadək Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb. O, daha əvvəl həmin qurumun Aparatının hüquq şöbəsinə rəhbərlik edib.