Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2027–2028-ci illərdə imzalana biləcəyini bildirib.
1xeber.media xəbər verir ki, Paşinyan bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Baş nazir qeyd edib ki, əvvəllər sülh sazişinin 2031-ci ilə qədər imzalana biləcəyini desə də, hazırda prosesin daha tez başa çatmasının mümkün olduğunu düşünür.
“Biz Azərbaycanla işləməliyik”, – deyə Paşinyan vurğulayıb.
Onun açıqlamasına görə, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün 2027–2028-ci illər mümkün vaxt çərçivəsi kimi nəzərdən keçirilir. Bununla belə, müqavilənin konkret nə vaxt imzalanacağı tərəflər arasında aparılacaq işlərdən və razılaşmaların əldə olunmasından asılı olacaq.