1xeber.media Unikal-a istinadən xəbər verir ki, “AzerGold” QSC-nin Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTTƏM) şöbəsinin müdiri Eldəniz Bayramlı vəzifəsindən azad edilib.
Məlumata görə, QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun müvafiq əmri ilə Eldəniz Bayramlı öz ərizəsi əsasında vəzifəsindən ayrılıb.