1xeber.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avrasiya İqtisadi Birliyindən (AİB) çıxarılması məsələsinin müzakirəsinə münasibət bildirib və KTMT ilə bağlı sual ünvanlayıb.
“Ermənistanı niyə KTMT-dən yox, Avrasiya İqtisadi Birliyindən çıxarmaq istəyirlər?” – deyə Paşinyan brifinqdə bildirib.
Baş nazirin sözlərinə görə, AİB üzvü olan dövlətlərin Ermənistanı təşkilatdan çıxarmaq hüququ yoxdur. Lakin onun qeyd etdiyi kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində belə bir imkan mövcuddur.
Paşinyan Ermənistanın KTMT-dən niyə çıxarılmadığını sual edib və təşkilatın bu məsələdə müvafiq mexanizmlərə malik olduğunu vurğulayıb.
Qeyd edək ki, oktyabrın 20-də Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın Avrasiya Hökumətlərarası Şurasındakı nümayəndələri Ermənistan üçün Avrasiya İqtisadi Birliyi Müqaviləsinin dayandırılmasının mümkün nəticələrinə dair hesabat yayımlayıblar.