Вернуться назад Распечатать

ABŞ İrana qarşı hücuma hazırlaşır?

1xeber.media xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın yeni hərbi əməliyyata icazə verməsini gözləyən Pentaqon qoşunlarını İran sərhədinə daha yaxın ərazilərə köçürür.

Məlumata görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) genişmiqyaslı hərbi əməliyyatların bərpasına hazırlıq görür. Bu barədə adı açıqlanmayan amerikalı rəsmi məlumat verib.

Rəsmi bildirib ki, Tramp İrana və Yəməndə fəaliyyət göstərən husilərin “Ənsarallah” hərəkatına qarşı əməliyyatların başlanmasını artıq yeddi dəfə son anda təxirə salıb.

Hazırda mümkün yeni əməliyyatın nə vaxt başlayacağı və onun miqyasının necə olacağı barədə konkret məlumat yoxdur.