Вернуться назад Распечатать

Yeni sədr müavini kimdir? - DOSYE

1xeber.media xəbər verir ki, Zaur Nağıyev “Bakı Metropoliteni” QSC-nin İdarə Heyəti sədrinin müavini təyin edilib.

1982-ci ildə anadan olan Zaur Nağıyev Bakı Dövlət Universitetində hüquqşünaslıq üzrə bakalavr və magistr təhsili alıb. O, həmçinin Böyük Britaniyanın Sauthempton Universitetində beynəlxalq dəniz hüququ üzrə proqramı bitirib, Maastrixt İdarəçilik Məktəbi və ADA Universitetinin birgə proqramı çərçivəsində biznesin idarə edilməsi üzrə magistr dərəcəsi əldə edib.

Nağıyev 2005–2008-ci və 2009–2013-cü illərdə BMT-nin UNHCR, WFP və UNICEF kimi təşkilatlarında çalışıb. Müxtəlif dövrlərdə SOCAR-ın Hüquq idarəsində böyük hüquq məsləhətçisi və vitse-prezidentin müşaviri vəzifələrini tutub.

O, 2014-cü ildən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Hüquq departamentinin rəisi, 2022-ci ildən isə həmin qurumun İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Zaur Nağıyev hazırda ADA Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. O, Azərbaycan Vəkillər Kollegiyasının üzvü və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının beynəlxalq ekspertidir.

Nağıyev 2017-ci ildə “Tərəqqi” medalı, 2018-ci ildə isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858–2018)” yubiley medalı ilə təltif olunub.