1xeber.media xəbər verir ki, polkovnik Nofəl Əsədov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun köməkçisi təyin edilib.
Bu barədə nazir müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Nofəl Əsədov bu təyinata qədər Ədliyyə Nazirliyinin Penitensiar Xidmət rəisinin müavini vəzifəsində çalışıb. O, bundan əvvəl də Fövqəladə Hallar Nazirliyində işləyib.
Bir müddət əvvəl polkovnikin yenidən FHN-də vəzifəyə gətirildiyi barədə məlumat yayılsa da, həmin vaxt onun hansı vəzifəni tutacağı açıqlanmamışdı.