Вернуться назад Распечатать

Qarabağ Universiteti üçün 25,6 milyon manatlıq satınalma

Qarabağ Universitetinin infrastrukturunun və maddi-texniki bazasının gücləndirilməsi məqsədilə iki böyük satınalma həyata keçirilir.

1xeber.media xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iki müqaviləsi üzrə ümumi məbləğ 25 milyon 657 min 998 manat 66 qəpik təşkil edir.

Müqavilələrdən biri universitetin Tibb, Pedaqoji və Təbiət elmləri fakültələrinin mebel və avadanlıqlarla təmin olunmasını nəzərdə tutur. Bu məqsədlə 9 milyon 835 min 716 manat 80 qəpik xərclənəcək.

Digər müqavilə üzrə Tibb və Turizm — Şuşa şəhər kolleci — fakültələrinin maddi-texniki bazası üçün 15 milyon 822 min 281 manat 86 qəpiklik mebel və avadanlıqların alınması planlaşdırılır.