1xeber.media xəbər verir ki, onlayn ticarət platforması eBay işçi heyətinin təxminən 9 faizini ixtisar etməyi planlaşdırır. Şirkət rəhbərliyinin əməkdaşlara göndərdiyi məktuba istinad edən “Reuters” ixtisarların təxminən 1 000 nəfəri əhatə edəcəyini yazıb.
Şirkətin baş icraçı direktoru Ceymi İannone bu addımı idarəetməni sadələşdirmək və resursları daha sürətlə inkişaf edən biznes istiqamətlərinə yönəltmək planı ilə əlaqələndirib.
eBay bu ilin fevralında da təxminən 800 əməkdaşını ixtisar etmişdi. Şirkət lüks məhsullar, kolleksiya əşyaları və yenilənmiş elektronika kimi sahələrdə mövqelərini gücləndirməyə çalışır. Yeni ixtisarlar şirkətin xərcləri azaltmaq və fəaliyyətini yenidən qurmaq strategiyasının bir hissəsidir.