Abşeron rayonunun Saray qəsəbəsində yerləşən yaşayış komplekslərində və yeni tikili binalarda daşınmaz əmlak qiymətlərində nəzərəçarpan eniş qeydə alınıb. Tikinti sektorundakı son dinamika və təklif bolluğu fonunda alıcılar üçün olduqca sərfəli fürsətlər yaranıb.
Elan platformalarına yerləşdirilən son qiymət göstəricilərinin müqayisəsi də bazardakı ucuzlaşmanı aydın nümayiş etdirir. Əvvəlki dövrlərlə müqayisədə hazırda kompleksdə 3 otaqlı mənzillərin qiyməti 38 000 AZN-dən (67.6 kv.m), 2 otaqlı təmirli mənzillərin qiyməti isə 45 000 AZN-dən başlayan fərqli təkliflərlə alıcılara təqdim olunur. Sahəsindən, yerləşdiyi mərtəbədən və təmir səviyyəsindən asılı olaraq qiymətlər 81 000 AZN, 109 500 AZN və 120 000 AZN arasında dəyişir.
Ekspertlər qiymət enişinin əsas səbəbləri kimi Abşeron ərazisində yeni tikili layihələrinin artmasını, eləcə də ilkin ödənişsiz və ya hazır ipoteka şərtləri ilə satışa çıxarılan mənzillərin sayının pi̇k həddə çatmasını göstərirlər. Nağd pul vəsaitinə ehtiyacı olan mülkiyyətçilərin təcili satışa üstünlük verməsi də təklif qiymətlərinin aşağı düşməsinə təkan verən faktorlardandır.
Paytaxtın mərkəzi hissələri və digər ətraf qəsəbələrlə müqayisədə Saray qəsəbəsindəki mənzillər kvadratmetr hesabı ilə kifayət qədər münasib qalır. Bakı-Sumqayıt şosesinə birbaşa çıxışın olması, müasir infrastruktur, ekoloji baxımdan təmiz ərazi və mənzillərin bir çoxunun əlverişli ipoteka kreditləri ilə təklif edilməsi bütövlükdə bu ərazini budcəsinə qənaət etmək istəyən alıcılar üçün ən sərfəli variantlardan birinə çevirir.