Вернуться назад Распечатать

Putinlə görüş zamanı Uitkoffdan DİQQƏTÇƏKƏN DETAL

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə keçirilən görüş zamanı "şparqalka"dan istifadə edib.

1xeber.media  xəbər verir ki, bu barədə "Politika Stranı" "Telegram" kanalı məlumat yayıb.

Jurnalistlər Uitkoffun əlində tutduğu əlyazma qeydlərin fotosunu çəkməyə müvəffəq olublar. Qeydlərin birinci bəndində "Çox sağ olun" sözü yer alıb. İkinci bənddə isə "Kuşner və Z. ilə görüşdüm. Dünən irəliləyiş hiss etdim" ifadəsi yazılıb. 

Bundan əlavə, qeydlərdə "uğuru inkişaf etdirmək lazımdır", "üçtərəfli görüş" və "sövdələşmə" kimi açar sözləri oxumaq mümkün olub.

Xatırladaq ki, oktyabrın 21-də Putin və Uitkoff arasında Sankt-Peterburqda danışıqlar keçirilib. Görüşə ABŞ tərəfindən danışıqlar aparan Cared Kuşner də onlayn formatda qoşulub. Müzakirələrin yekununda Uitkoff Rusiya lideri ilə görüşün konstruktiv mühitdə keçdiyini bəyan edib./Oxu.az