Вернуться назад Распечатать

Media və Yayım Şurasından Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara - Cavab

 “Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında Azərbaycanda hicabla əlaqədar kütləvi həbslərin başladığı və insanların bu səbəbdən ölkəni tərk etdiyi barədə yayılan əsassız iddialar dini həssaslıqlardan istifadə etməklə ictimai rəyi manipulyasiya etməyə və ölkəmiz haqqında yanlış təsəvvür formalaşdırmağa yönəlmiş açıq dezinformasiya nümunəsidir”.

1xeber.media xəbər verir ki, bu haqda Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlamasında deyilir.

Bildirilir ki, ayrı-ayrı siyasi və ictimai şəxslərin bu cür saxta məlumatların yayılmasında iştirak etməsi, əsassız iddiaları təhqiramiz ifadələrlə təqdim etməsi onların daşıdıqları ictimai məsuliyyətə zidd olmaqla yanaşı, auditoriyaya təsir imkanlarından sui-istifadənin qəbuledilməz təzahürüdür:

“Azərbaycan Respublikası Media və Yayım Şurası ölkəmiz haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyir, media nümayəndələrini, siyasi və ictimai şəxsləri informasiya yayımında məsuliyyətli davranmağa, ictimaiyyəti isə belə paylaşımlara tənqidi yanaşmağa, məlumatları etibarlı mənbələrdən yoxlamağa və dezinformasiyanın yayılmasına vasitəçi olmamağa çağırır”.