Вернуться назад Распечатать

SON DƏQİQƏ! Azərbaycanda internet bahalaşdı - QİYMƏTLƏR

 Azərbaycanda bir sıra internet provayderlərinin təklif etdiyi minimum aylıq paketlərin qiyməti 25 manat təşkil edir.

1xeber.media " xəbər verir ki, Modern.az sabit internet tarifləri ilə bağlı bir neçə provayderlə əlaqə saxlayıb.

“CityNet” şirkətindən bildirilib ki, aylıq 100 Mbit/s sürətli internet paketinin qiyməti 25 manatdan başlayır. Ən yüksək tarif isə 50 manatdır. Şirkətin məlumatına görə, bu tariflər 2024-cü ildən tətbiq olunur. 

“Azəronline” şirkətində aylıq 100 Mbit/s sürətli internet 25 manat, 150 Mbit/s sürətli paket 30 manat, 250 Mbit/s sürətli paket isə 36 manatdır.

“Cityline” şirkətindən tariflərin oktyabrın 15-dən dəyişdirildiyi bildirilib. Hazırda minimum aylıq internet paketinin qiyməti 25 manatdır.

“Connect” şirkəti isə minimum internet paketinin qiymətinin 2024-cü ildən 25 manat olduğunu qeyd edib.

Əlaqə saxlanılan provayderlərin bir qismində internetin quraşdırılması və modemin təqdim edilməsi ödənişsizdir.

Qeyd edək ki, daha əvvəl oktyabrın 1-dən qiyməti 18 manat və daha aşağı olan sabit internet paketlərinin 25 manatlıq minimum tarifə keçiriləcəyi bildirilmişdi.