Вернуться назад Распечатать

Türkiyədən Moskvaya uçan sərnişinlər Ufada gecələməli olub

1xeber.media xəbər verir ki, Türkiyənin Dalaman şəhərindən Moskvaya uçan “Pobeda” aviaşirkətinin sərnişinləri uçuşun istiqaməti dəyişdirildikdən sonra Ufada gecələməli olublar.

Təyyarə oktyabrın 23-də saat 00:35-də Moskvanın Vnukovo hava limanına enməli idi. Lakin reys Başqırdıstanın paytaxtı Ufaya yönləndirilib.

Sərnişinlərin sözlərinə görə, onlara gecələmək üçün hotel təqdim edilməyib. Nəticədə, aralarında azyaşlı və körpə uşaqlar olan sərnişinlər gecəni hava limanının terminalında keçirməli olublar.

Sərnişinlər bildiriblər ki, onlara yalnız səhər saatlarında isti yemək verilib. Onların sözlərinə görə, hava şəraiti və hava limanlarının fəaliyyətindəki məhdudiyyətlər səbəbindən uçuşlarda yaranan problemlər insanları yorub.

Sərnişinlər gecə ərzində lazımi istirahət imkanlarının yaradılmamasından narazılıq ediblər.

Məlumata əsasən, təyyarənin Moskvaya növbəti uçuşu yerli vaxtla saat 12:00-a planlaşdırılıb.