Вернуться назад Распечатать

Sarıgül ailəsi ilə bağlı istintaq fonunda Tamar Tanrıyardan açıqlama: “Almanları tapdım” - VIDEO

Tamar Tanrıyar jurnalist Murat Ağırellə bağlı yeni açıqlamalar verəcəyini bildirib.

1xeber.media “Arka Haber”ə istinadən xəbər verir ki, Tanrıyar “Mən geri qayıtdım! Almanları tapdım. Murat Ağırelin əslində kim olduğunu öyrənəcəksiniz!” ifadələrini işlədib. Paylaşımda onun nəzərdə tutduğu şəxslərin kimliyi və açıqlayacağı məlumatların təfərrüatları göstərilməyib.

Xatırladaq ki, İstanbul Baş Prokurorluğunun apardığı istintaq Mustafa Sarıgülün ailə üzvlərini də əhatə edir. İki Almaniya vətəndaşının şikayəti əsasında başlanmış araşdırmada şirkətlər vasitəsilə cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırıldığı iddia olunur.

İş üzrə Mustafa Sarıgülün oğulları Əmir və Ömər Sarıgül, keçmiş həyat yoldaşı Aylin Kotil, jurnalist Murat Ağırel və digər şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mustafa Sarıgüllə bağlı iddiaların ayrıca qiymətləndirilməsi üçün materialların Ankara Baş Prokurorluğuna göndəriləcəyi bildirilib. İstintaq davam edir.