Вернуться назад Распечатать

Cəlilabadın icra başçısına yeni müavin təyin olundu

Cəlilabad rayon icra hakimiyyətinin başçısına yeni müavin təyinatı həyata keçirilib.

1xeber.media Report-a istinadən xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilovun müvafiq əmri ilə Vahid Mirzəyev icra başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, V. Mirzəyev bu təyinata qədər Cəlilabad bələdiyyəsinin sədri vəzifəsini icra edib.