Fərhad Qurban oğlu Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib.
1xeber.media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
O, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltifə layiq görülüb.
Qeyd edək ki, oktyabrın 26-da F.Xəlilovun 80 yaşı tamam olacaq.
***
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xalq rəssamı Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib.






