Вернуться назад Распечатать

Ermənistan ABŞ-la yeni nüvə reaktorunun tikintisini müzakirə etdi

1xeber.media xəbər verir ki, Ermənistan və ABŞ nümayəndələri ölkədə yeni nüvə enerji blokunun tikintisi ilə bağlı məsələləri müzakirə ediblər.

Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Narek Apitonyan ABŞ dövlət katibinin təhlükəsizliyə yardım məsələləri üzrə müavininin müavini Şona Uilsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb. Görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin gedişi və gələcək əməkdaşlıq imkanları müzakirə olunub. 

Tərəflər Ermənistanda yeni nüvə enerji blokunun tikintisi məsələsinə də toxunublar. Görüş zamanı yeni enerji blokunun tikintisi ilə məşğul olacaq şirkətin rəhbərliyinə müvəqqəti təyinat edildiyi bildirilib. Ermənistan tərəfi bu addımın, o cümlədən ABŞ şirkətləri ilə əməkdaşlığın inkişafına təkan verəcəyinə ümid etdiyini açıqlayıb.