Вернуться назад Распечатать

Hərbi xidmətlə bağlı yeni qanun təklif edildi

1xeber.media xəbər verir ki, Milli Məclisin deputatı Siyavuş Novruzov “Hərbi vəzifə və hərbi xidmət haqqında” yeni qanunun qəbul edilməsini təklif edib.

Deputat bu barədə parlamentin plenar iclasında çıxış edərkən bildirib ki, Vətən müharibəsindən sonra hərbi xidmət sahəsində qanunvericilik yenidən nəzərdən keçirilməli və müasir standartlara uyğunlaşdırılmalıdır.

Novruzovun sözlərinə görə, mövcud qanunvericiliyə tez-tez əlavə və dəyişikliklər edilməsi əvəzinə, hərbi xidmət sahəsini əhatə edən yeni qanun layihəsinin hazırlanması daha məqsədəuyğundur. O, yeni sənədin müharibədən sonrakı tələblərə və müasir standartlara uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.