Xörəklərçün nəzərdə tutulmuş yodlu “Azərduz”un içindən qum dənələri və xırda daşlar çıxıb.
1xeber.media xəbər verir ki, bu halla alıcı Nüşabə Allahverdiyeva üzləşib. Bu barədə sosial şəbəkədə yazıb. Şikayətçi bildirib ki, “Azərduz” xörək duzu axır vaxtlar bu gündədir:
“İçindəki qum yeməkdə həll olunmur və xırçıldayır.
İki çay qaşığı duzu yarım stəkan suda həll elədim, dibinə belə bir qum çökdü, sarı yumrular daş kimidir. Bunu hara şikayət eləmək olar?”.
Qarşı tərəfi dinləməyə hazırıq.